Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Xəyanət təkcə qəlb sındırmır: Alimlər aldatmanın orqanizmdə yaratdığı xəstəlikləri sadaladılar
"Münasibətlərdə xəyanət xroniki sağlamlıq problemlərinə səbəb ola bilər".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ-dən olan bir qrup tədqiqatçının "Journal of Social and Personal Relationships" jurnalında dərc edilmiş tədqiqat materialında bildirilib.
Qeyd olunub ki, monoqam münasibətlərdə xəyanət təkcə emosional əzab deyil, həm də uzunmüddətli perspektivdə ciddi sağlamlıq problemləri yarada bilər.
Mütəxəssislər 33-84 yaş arası 2500-dən çox iştirakçının sağlamlığı, demoqrafik xüsusiyyətləri və münasibətlərdən məmnunluq səviyyələri haqqında məlumatları təhlil ediblər. Onlardan xəyanət halları barədə soruşulub və doqquz il ərzində sağlamlıq vəziyyəti izlənilib.
Nəticələr göstərib ki, ürək xəstəlikləri, miqren və artrit kimi yüksəksəviyyəli xroniki xəstəliklərlə xəyanət yaşamış insanlar arasında birbaşa əlaqə var.
Bundan əlavə, tədqiqatçılar dostlar və ailənin köməyi kimi sosial dəstəyin xroniki xəstəlik riskini azalda bilib-bilməyəcəyini araşdırıblar. Nəticələr göstərib ki, bu, psixoemosional vəziyyətə müsbət təsir göstərə bilər, lakin sağlamlıq problemlərinin qarşısını ala bilməz.
"Tərəf müqabilinin xəyanəti xroniki sağlamlığa uzunmüddətli təsir göstərə bilər ki, bu da xüsusilə həssas əhali qrupları üçün narahatedicidir", - deyə tədqiqatın müəllifləri şərh ediblər.
Mütəxəssislərin məlumatına görə, evli cütlüklərin 18-20 faizi münasibətləri ərzində xəyanətlə üzləşir və onların yarısından çoxu münaqişəni həll etməyə çalışır.
Rəylər