Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əsassız pensiya ödənişləri ilə əlaqədar əldə edilən vəsaitin həcmi AÇIQLANDI
"2019-2024-cü illər ərzində fərdi uçotun sağlamlaşdırılması istiqamətində ardıcıl işlər görülüb".
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, 830 mindən çox praktik sosial ödəniş təyinatı bu illər ərzində aparılıb:
"Yaşa görə pensiyaların 89%-i praktik olaraq təyin edilib. 2019-2024-cü illər ərzində əsassız pensiya ödənişlərinin dayandırılması və vergi sisteminin tətbiqi ilə 3.1 milyard manat vəsait əldə edilib. Bunun 1.6 milyard manatı dövlət büdcəsinə ödənilib, 1.5 milyard manatı isə investisiyaya yönəldilib".
"Sahil Babayev" teqi üzrə xəbərlər
- Sahil Babayev: "Heç vaxt işləməyənlərin pensiya sisteminə girməsinə icazə vermək olmaz"
- Nazirdən əlilliyin təyin olunması ilə bağlı problemi olanlara MÜRACİƏT
- Sahil Babayev: "Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir"
- Nazir: "Sosial islahat paketi üç milyona qədər insanı əhatə edəcək"
- Leyla Əliyeva və Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar
Rəylər