Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vətənə əmanət şəhid övladları
Şəhid övladlarının hamısını birləşdirən ortaq xüsusiyyət Vətən uğrunda canından keçən qəhrəman atalarının övladları ilə bağlı arzularını gerçəkləşdirməkdir.
Qarşılarına qoyduqları ilk missiya isə tələbə adını qazanmaqdır.
"Atam hüquqşünas olmaq istəyirdi. Sonra o, öz qaldığı yeri, kəndi yanmış görəndən sonra hərbçi olmaq qərarına gəlir. Mən də həm atamın, həm də öz arzumu reallaşdırmaq üçün hüquqşünas olmaq istəyirəm", - şəhid Anar Əliyevin qızı Nigar Əliyeva söyləyib.
Şəhid Babək Səmidlinin oğlu Mətləb Səmidli isə bildirib ki, atası həmişə övladlarının savadlı, peşəkar mütəxəssis kimi yetişməyini istəyirdi.
"Aprel döyüşlərində atam yaralanmışdı. Evdə olduğu müddətdə ona deyirdim ki, yaralanmısan, 28 ildir xidmət edirsən, artıq təqaüdə çıxmağını istəyirəm. Çünki biz atamızı həftədə bir dəfə görürdük, onun üçün çox darıxırdıq. Atam isə "Biz bu işi sizə qoya bilmərik, Qarabağ azad olunmayana kimi təqaüdə çıxa bilmərəm. Bu iş bizimlə başlayıb, bizimlə də bitəcək" demişdi", - deyə M.Səmidli qeyd edib.
Ətraflı süjetdə:
"44 günlük Vətən müharibəsi" teqi üzrə xəbərlər
- Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı
- Vətən müharibəsi ilə bağlı filmlərin çəkilişinə ayrılan vəsait AÇIQLANDI
- Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
- ARKA İkinci Qarabağ müharibəsindən sonra istehsal etdiyi filmləri təqdim edib
- Polkovnik Raqif İsrayılov: "Aprel döyüşlərindən sonra hazırlıqlarımızı artırmağa başladıq"
Rəylər