Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vətəndaşın əmək hüquqlarını pozdu: Şirkət 24 500 manat ziyana düşdü
"MORNİG STAR" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 4 şəxsin rayon ərazisində müxtəlif tikinti işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
"Eyni zamanda, cəmiyyətin direktoru Xaspolad Hüseynov barəsində həmin məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 4 min 500 manat məbləğində inzibati cərimə edilib", - deyə məlumatda qeyd olunub.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi
- Dövlət xidmətinin üç vəzifəli şəxsi işdən çıxarıldı
- Kamran Əliyev rusiyalı həmkarı ilə ətraf mühitin mühafizəsini müzakirə etdi
- Azərbaycanda tutulan cinayətkar aylar sonra Tacikistana təhvil verildi
- Heydər Məmmədov: "Ali hüquq təhsili alan gənclərin çoxu prokurorluq əməkdaşı olmaq istəyir"
Rəylər