Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda tutulan cinayətkar aylar sonra Tacikistana təhvil verildi
Tacikistan Respublikasının vətəndaşı, 1962-ci il təvəllüdlü Bobocon Abduraximoviç Cəlilovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Tacikistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilən, beynəlxalq axtarışa verilmiş Bobocon Abduraximoviç Cəlilov 2024-cü ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib", - deyə məlumatda qeyd olunub.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi
- Dövlət xidmətinin üç vəzifəli şəxsi işdən çıxarıldı
- Kamran Əliyev rusiyalı həmkarı ilə ətraf mühitin mühafizəsini müzakirə etdi
- Heydər Məmmədov: "Ali hüquq təhsili alan gənclərin çoxu prokurorluq əməkdaşı olmaq istəyir"
- Azərbaycanda 170 milyonluq cinayətdə adı hallanan vəzifəli şəxslər - SİYAHI
Rəylər