Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Təzəpir məscidinin imamı: "Ət kəsimi mağazalarında qurban ətinin satışı şəriətə uyğun deyil"
"Bəzi ət kəsimi mağazalarında satışda qurban ətinin olması ilə bağlı elanlar şəriətə uyğun deyil".
Oxu.Az xəbər verir ki, bu sözləri Təzəpir məscidinin imamı, Qurban bayramının namazına rəhbərlik edən hacı Şamil Rəsulov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu bayram İbrahim peyğəmbərdən başlayıb:
"İbrahim peyğəmbər övladını Allah yolunda qurban vermək istədiyi üçün böyük imtahandan keçdi. Allah ona qurban üçün qoyun göndərdi. Bu bayram artıq dünya səviyyəsində qeyd edilir. Bu bayramın ən gözəl tərəfi odur ki, insanlar həcc ziyarətinə gedirlər. İstər bizim ölkədə, istərsə də digər ölkələrdə insanlar bir-birinə yardımlar edirlər. Müstəhəbdir ki, insanlar kəsdiyi qurbanları üç yerə bölsünlər. Bir hissəsini özünə, bir hissəsini qohum-əqrəbaya, bir hissəsini də ehtiyacı olanlara versinlər. Bu gün işğaldan azad olunan torpaqlarımızda Qurban bayramı qeyd edilir. Dövlətimizin başçısı və xalqımız üçün dualar edilir".
Hacı Şamil Rəsulov bəzi ət satışı mağazalarında "satışda qurban əti var" adı ilə vurulan elanlara münasibət bildirib.
O deyib ki, bu, şəriətə uyğun deyil.
"Dinimiz deyir ki, insan qurban üçün heyvan seçdiyi zaman diri çəkisi olaraq çəkilib pulu verilməlidir. Bəziləri var ki, o qoyunu seçəndə onu kəsəndən sonra ətini satırlar. Bu, şəriətə uyğun deyil. Bu qurban əti sayılmır. Əgər bir insanın qurban kəsib paylamağa imkanı yoxdursa, o, buna məcbur deyil", - hacı Şamil Rəsulov deyib.
Nəzrin Vahid
"Qurban Bayramı 2024" teqi üzrə xəbərlər
- Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə ŞAD XƏBƏR
- Bayram günlərində baş verən qəzalarda ölənlərin sayı AÇIQLANDI
- Bayram günlərində təcili yardıma edilən müraciətlərin sayı AÇIQLANDI
- İstanbulda qurban kəsmək istəyən kişi faciəli şəkildə öldü
- Laçınlıların Qurban bayramı sevinci: "Babalarımızdan yadigar qalan torpaqlardayıq"