Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İki universitetin yataqxanası təmir olunacaq
"2024-cü ilin sonunadək, yəni növbəti təhsil dövrləri üçün bir, ən yaxşı halda iki universitetin tələbə yataqxanasının təmir-bərpasına başlanıla bilər".
Oxu.Az xəbər verir ki, bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
O bildirib ki, bir neçə universitetlə danışıqlar aparılır, hətta razılıq ərəfəsindədirlər:
"Bilirsiniz ki, 30 ildən artıq bir müddətdə keçmiş məcburi köçkünlər bir sıra tələbə yataqxanalarında məskunlaşmışdılar. Ölkə başçısının tapşırığı ilə həyata keçirilən "Böyük Qayıdış" Proqramı çərçivəsində məcburi köçkünlər öz ata-baba yurdlarına köçürülürlər. Bu da bizə özəl sektorun nümayəndələri ilə bu istiqamətdə danışıqlar aparılmasına şərait yaradır. Ötən həftə Gəncə Texnologiyalar Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti ilə danışıqlar aparılır. Bu proses, təbii ki, birtərəfli ola bilməz. Müəyyən şərtlər, tədbir proqramı olmalıdır.
Eyni zamanda, özəl sektor üçün də gəlirlilik, dayanıqlılıq olmalıdır. Bu prosesləri yoluna qoymaq müəyyən müddət alır. 2024-cü ildə Gəncə Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetində tələbə yataqxanalarının təmirinə başlanıla bilər".
Könül Cəfərli
"Tələbə yataqxanaları" teqi üzrə xəbərlər
- Universitet yataqxanalarında qida təhlükəsizliyi: Kənardan yemək gətirmək niyə qadağan edilir?
- Bakıda universitetin yataqxanalarını BİT BASDI
- Çin üsulu yataqxanaya köçmək: Küçələrdən zibil qabı oğurlayan tələbələrdən maraqlı izah
- Tələbələr üçün ixtisas seçimindən daha çətin olan dilemma: Yataqxana, yoxsa kirayə ev?
- Tələbələrin kirayə dərdi: Yataqxana problemi niyə həll edilmir?
Rəylər