Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi müəyyənləşdi
Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub.
"Report"un Şuşaya ezam olunan əməkdaşının məlumatına görə, 8 qrossmeysterin mübarizə apardığı turnirdə ilk pillənin sahibi blits yarışlarının yekunundan sonra müəyyənləşib.
14 turun nəticələrinə əsasən Yan Nepomnyaşi (FIDE) 19 xalla turniri qalib kimi başa vurub.
Özbəkistanlı Nodirbek Abdusattorov 18 xalla ikinci yerdə qərarlaşıb .
16 xal toplayan Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov isə üçüncü yerlə kifayətlənib.
Qeyd edək ki, Vüqar Həşimov Memorialının ilk iki günündə rapid, üçüncü günündə isə blits oynanılıb.
Xatirə turnirində Azərbaycanın üç şahmatçısı - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı ilə yanaşı, Nodirbek Abdussatorov (Özbəkistan), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) iştirak ediblər.
"Şuşa" teqi üzrə xəbərlər
- Nazir müavini: "Yeni milli parkın yaradılması nəzərdən keçirilir"
- Allahın xarabalıqlar içərisindəki evi: Qarabağın gözü "Ağa" şəhəri
- Qarabağın baş tacında fləş-mob: Uşaqlar Şuşanı "canlandırdılar"
- TDT-nin baş katibi: "Türk dövlətləri iqlim problemlərinin həllində maraqlıdırlar"
- COP29-da TDT ölkələrinin ekologiya üzrə "Nazirlər Bəyannaməsi" imzalanıb
Rəylər