Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sürücülərin NƏZƏRİNƏ: Daha bir yol "Formula-1"ə görə bağlanır
24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət "Formula-1" Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri ilə bağlıdır.
Qeyd edək ki, "Formula-1" Azərbaycan Qran-prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsinin yarışlar bitənədək bağlı olacağı məlumatı yayılıb.
"Bakı Şəhər Halqası Əməliyyat Şirkəti" teqi üzrə xəbərlər
- Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olundu
- "Formula-1" Azərbaycan Qran-prisi rekordlarla yadda qaldı
- "Formula-1" zamanı hansı yollar açıq olacaq?
- "Formula-1": Azərbaycan Qran-prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb
- Formula-1-ə hazırlıq: Bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Rəylər