Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şəkidə musiqi bayramı: İpək Yolu festivalı başladı
Şəkidə XIII Beynəlxalq İpək Yolu Musiqi Festivalı başlayıb. Bir çox ölkədən tanınmış musiqi qrupları və istedadlı ifaçılar bu füsunkar şəhərdə yerli sakinlərə və turistlərə musiqi ilə dolu bir neçə unudulmaz gün bəxş etmək üçün bir araya gəliblər.
Oxu.Az-ın məlumatına görə, 7 iyula qədər davam edəcək festival Yuxarı Karvansarada start götürüb. Məhz burada Rusiyadan olan bayan ifaçısı Aydar Salaxov konsert proqramı ilə çıxış edib.
Musiqiçi ailəsindən olan və iki yaşından bayanı mənimsəməyə başlayan gənc E.Bakirov adına Yelabuqa musiqi məktəbində təhsil alıb, A.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutunun Musiqi Kollecini və Qnesin adına Rusiya Musiqi Akademiyasını bitirib.
Aydar Salaxov azərbaycanlı musiqiçilər Kamil Mustafayev (bas) və Əli Nəsibin (zərb alətləri) müşayiəti ilə müxtəlif janrlardan - caz, akademik və populyar musiqilərdən ibarət parlaq proqram təqdim edib.
Tədbirdə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, festivalın bədii rəhbəri, tanınmış bəstəkar Firəngiz Əlizadə və digər fəxri qonaqlar, həmçinin yerli sakinlər və turistlər iştirak ediblər.
Musiqiçilərin virtuoz ifası tamaşaçılar tərəfindən coşqun alqışlarla qarşılanıb.
Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. Festivalda bir sıra ölkələrdən, eləcə də Azərbaycandan tanınmış musiqi kollektivləri və istedadlı musiqiçilər iştirak edirlər. Üçgünlük festival çərçivəsində tamaşaçılara Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət müxtəlif konsert proqramları təqdim olunacaq.
@ruoxuaz 🇦🇿🎶 Праздник музыки в Шеки: стартовал фестиваль "Шелковый путь". #fyp #sheki #azerbaijan #şəki #festival #music #музыка #фестиваль #шеки #азербайджан ♬ оригинальный звук - Oxu.az Новости Азербайджана
Firəngiz Ağalarova
Rəylər