Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şəhid qızından ürəkdağlayan sözlər: "İstəyirəm ki, bir də müharibə olmasın"
"İstəyirəm ki, bir də müharibə olmasın. Uşaqlar bizim kimi atasız qalmasınlar".
Bunu Vətən müharibəsi şəhidi Xuduş Kazımovun qızı Fatma Kazımzadə deyib. Atası şəhid olarkən 6 yaşında olan Fatma Baku TV-yə X.Kazımovla bağlı xatirələrindən danışıb.
"Bir dəfə qardaşımın saçını kəsdirəndə, mən də istədim. Anam dedi ki, atamdan soruşmalıyıq. İcazə verdi, amma dedi ki, bir də kəsdirmə, sənin saçların çox gözəldir. Ondan sonra daha saçımı kəsdirmədim", - şəhidin qızı söyləyib.
Olimpiadalarda iştirak edərək uğurlu nəticələr qazanan Fatma onu da deyib ki, Azərbaycanı xarici ölkələrdə təmsil etmək arzusundadır:
"Şəhidlərimiz işğaldan azad edilmiş torpaqlarımızda bayrağımızı qaldırdılar. Mən də ölkəmizi elm və təhsil sahəsində təmsil etmək, bayrağımızı qaldırmaq istəyirəm".
Daha ətraflı süjetdə:
"Vətən müharibəsi şəhidi" teqi üzrə xəbərlər
- Şəhid atası: "Oğlum öz taqımı ilə üç hərbi postu erməni işğalçılarından azad edib"
- Kapitan Ülvinin Şuşaya qədər uzanan döyüş yolu: "Bir gecədə o qədər qazini xilas edib ki..."
- Şəhid olacağını hiss edən hərbi həkimin qəhrəmanlığı - "Adilin ürəyi Qarabağla döyünürdü"
- İki oğlu şəhid olan ana: "Əlini dəfn edib qayıdandan sonra İslamı gətirdilər"
- Şəhid anası: "Oğlum itkin düşəndən 57 gün sonra tabutu gəldi, o anı heç kimə arzulamıram"
Rəylər