Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şəhid olacağını hiss edən hərbi həkimin qəhrəmanlığı - "Adilin ürəyi Qarabağla döyünürdü"
Baku TV Vətən müharibəsi şəhidi Adil Əfəndiyev haqqında reportaj hazırlayıb.
Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, hərbi həkim Adil Əfəndiyev 2020-ci il oktyabrın 22-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şəhidin atası Qədir Əfəndiyev onun qəhrəmanlıq hekayəsindən danışarkən qeyd edib ki, Adilin ürəyi həmişə Qarabağla döyünüb:
"İnanırdı ki, biz nə vaxtsa öz torpaqlarımıza qayıdacağıq. Adilin şəhid olduğu yerə gedəndə gözümün qabağına oğlum gəldi. Sanki mənə dedi ki, narahat olma, ata, mənim yerim cənnətdir. Bu, mənə təsəlli oldu".
Şəhidin anası Afət Əhmədova isə oğlunun şəhid olacağını əvvəlcədən hiss etdiyini deyib:
"Şəhid olandan sonra bacısı Adilin telefonundakı mesajı görüb ağladı. Dedi ki, Adil 2019-cu ildə bir dostu ilə mesajlaşanda yazıb ki, şəhid olacağımı hiss edirəm".
"Vətən müharibəsi şəhidi" teqi üzrə xəbərlər
- Şəhid atası: "Oğlum öz taqımı ilə üç hərbi postu erməni işğalçılarından azad edib"
- Kapitan Ülvinin Şuşaya qədər uzanan döyüş yolu: "Bir gecədə o qədər qazini xilas edib ki..."
- Şəhid qızından ürəkdağlayan sözlər: "İstəyirəm ki, bir də müharibə olmasın"
- İki oğlu şəhid olan ana: "Əlini dəfn edib qayıdandan sonra İslamı gətirdilər"
- Şəhid anası: "Oğlum itkin düşəndən 57 gün sonra tabutu gəldi, o anı heç kimə arzulamıram"
Rəylər