Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şəhid anası: "Oğlum düşmənlərə qan uddururdu"
"Biz hünərli, qüdrətli şəhid oğullarımızın hesabına azad yaşayır, azad nəfəs alırıq".
Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid Elçin Nəsirovun anası Göyçək Nəsirova deyib.
O bu günün qürurlu, gözəl, sevincli bir gün olduğunu bildirib:
"Bu gün bizim ən gözəl, qürurlu günümüzdür. Bu gün fəxr edirik ki, 30 ildən sonra torpağımız işğaldan azad olunub. Biz sevinirik ki, igid oğullarımız hesabına biz buna nail olmuşuq. Hazırda hamımız Füzulidə, doğma torpaqlarımızda yaşayırıq. Biz o oğulların hesabına 44 gün ərzində 30 illik işğala son qoyulmağın hesabına buradayıq. Şəhid anaları o cür hünərli, qüdrətli oğullar yetişdirib. Bu oğulların hesabına biz azad yaşayır, azad nəfəs alırıq.
Mənim bir oğlum var idi. 5 il idi ki, snayper kəşfiyyatçı çalışırdı. Düşmənlərə qan uddururdu. Mən öz oğlumla fəxr edirəm. O cür qürurlu, vətənpərvər oğul yetişdirmişəm. Oğlumdan mənə yadigar qalan vətənpərvər iki nəvəm var. Onların hər ikisi hərbçidir. Biri cəsur döyüşçüdür. Antiterror tədbirlərində iştirak edib, Ağdərədə döyüşüb, düşməni məhv edib".
Aygün Mirakif
"44 günlük Vətən müharibəsi" teqi üzrə xəbərlər
- Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı
- Vətən müharibəsi ilə bağlı filmlərin çəkilişinə ayrılan vəsait AÇIQLANDI
- Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
- ARKA İkinci Qarabağ müharibəsindən sonra istehsal etdiyi filmləri təqdim edib
- Polkovnik Raqif İsrayılov: "Aprel döyüşlərindən sonra hazırlıqlarımızı artırmağa başladıq"
Rəylər