Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şamaxıda selin vurduğu ziyan niyə aradan qaldırılmayıb?
Şamaxıda leysan yağış və dolu ciddi fəsadlar törədib.
Xezerxeber.az-ın məlumatına görə, yağıntılardan sonra yaranan sel Ərçiman kəndində daha təsirli olub.
Sakinlər bildiriblər ki, sel bir neçə gün əvvəl ziyan vursa da, kənddə hələ də fəsadlar aradan qaldırılmayıb.
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, son günlər ölkə ərazisinə yağan aramsız yağışlar Şamaxı rayonunda və bir neçə kənddə ciddi fəsadlar yaradıb:
"Dərhal komissiya yaradılaraq ərazilərə göndərilib. Hazırda bir neçə kənddə fəsadların aradan qaldırılması işləri həyata keçirildiyindən texnika və canlı qüvvə çatışmazlığı yaşanır. Qısa zamanda digər kəndlərdə də işlərə başlanacaq".
Ətraflı süjetdə:
"leysan yağışları" teqi üzrə xəbərlər
- Yağışlı havada piyadaların üzərinə su sıçradan SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
- "Sabunçu keçidi"ni su basması nəticəsində xəsarət alanlar var?
- Güclü yağış səbəbindən Bakının bəzi əraziləri işıqsız qaldı
- Kəskin hava şəraiti ilə əlaqədar müəyyən marşrut xətlərində interval fərqləri yaranıb - RƏSMİ
- Mərdəkan tunelində sərnişin avtobusu batdı