Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Özünü yandırmağa cəhd edən şəxs oğurluq da edibmiş
1 saylı Neft-qaz Çıxarma Sahəsinin beşinci sahəsinin operatoru Zaur Aydınov bu gün səhər saatlarında şirkətin ofisinin həyətində özünü yandırmağa cəhd edib.
Bu barədə Oxu.Az-a "Salyan Oyl Limited" şirkətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 29-da, məzuniyyətdə olduğu müddətdə, Zaur Aydınovun şirkətdən yanacaq oğurluğu etməsi faktı aşkarlanıb. Avqustun 7-də Zaur Aydınovdan faktla bağlı izahat alınıb və o, öz əməlini etiraf edib.
Avqustun 16-da səhər saatlarında şirkətin daxili araşdırma komissiyası tərəfindən əlavə izahat və məlumat almaq üçün ofisə dəvət olunan Zaur Aydınov görüş zamanı zəng etmək bəhanəsi ilə ofis binasının həyətinə çıxaraq özünü yandırmağa cəhd edib. Aydınovun cəhdinə şirkət əməkdaşları tərəfindən dərhal müdaxilə edilib və o, dərhal Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti nəzarət altındadır.
Salyan sakini özünü yandırıb.
APA-nın məlumatına görə, Salyan rayonunun Kürsəngi kənd sakini, 1988-ci il təvəllüdlü Zaur Oktay oğlu Aydınov üzərinə benzin tökərək özünü yandırıb.
Ağır yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilən xəstə daha sonra paytaxta yanıq mərkəzinə yola salınıb.
Hadisəyə səbəb onun işdən çıxarılması olub. Qeyd edək ki, hadisə O.Aydınovun işlədiyi "Salyan oyl" şirkətinin qarşısında baş verib.
Faktla bağlı araşdırma aparılır.
Rəylər