Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qlobal problemlə bağlı dövlət xidmətindən ÇAĞIRIŞ
Dünya üzrə "Microsoft Windows" əməliyyat sistemi ilə çalışan avadanlıqlarda "Mavi Ekran Xətası" (BSOD - Blue Screen Of Death) müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilib ki, bu xəta informasiya təhlükəsizliyi həlləri ilə məşğul olan "CrowdStrike" şirkətinin "Falcon Sensor" proqram təminatının ən son yenilənməsi nəticəsində baş verib:
"Belə ki, "Windows" sistemində baş verən çökmə dünya üzrə müxtəlif sektorlarda xidmətlərin dayanmasına səbəb olub.
Hazırda "Microsoft" şirkətinin çətinliklə bağlı rəsmi bəyanatı olmadan "Windows" əməliyyat sisteminin yenilənməsinin dayandırılması tövsiyə olunur".
"Elektron Təhlükəsizlik Xidməti" teqi üzrə xəbərlər
- Smartfon sönür və pullar oğurlanır: Birbaşa müdaxilə barədə XƏBƏRDARLIQ
- Əhaliyə XƏBƏRDARLIQ: Bank kartlarınızdan pul oğurlana bilər
- "BakıKart"ın adından dələduzluq kampaniyası həyata keçirilir
- Alış-satış platformalarındakı dələduzluq halları ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
- Elektron Təhlükəsizlik Xidmətindən vətəndaşlara bank kartları ilə bağlı ÇAĞIRIŞ
Rəylər