Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qeyri-sabit hava şəraiti fəsadlara səbəb oldu: Çaydan sel keçdi
Hacıqabul rayonu ərazisində Pirsaat çayından sel keçib.
"Report"un Aran bürosunun məlumatına görə, Şamaxı rayonunda yağan leysan xarakterli güclü yağışlar rayon ərazisindən keçən Pirsaat çayının gecə saatlarında daşmasına səbəb olub.
Yerli sakinlərin dediklərinə görə, nəticədə el arasında "Yeddi para" adlanan Udulu kəndi ərazisində çayqırağı nar bağları su altında qalıb. Bəzi ərazidə kəndarası yolları su basıb. Elektrik şiti və dirəkləri su içində qalıb.
Hazırda Pirsaat çayında suyun səviyyəsi aşağı düşdüyündən təhlükə sovuşub.
Son günlər ölkəmizdə baş verən qeyri-sabit hava şəraiti ilə əlaqədar bir çox bölgələrdə sel fəsadlar törədib.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülər Şamaxı və Qax rayonlarında qeydə alınıb.
Həmin görüntüləri təqdim edirik: