Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qeyri-sabit hava Daşkəsəndə fəsadlara yol açdı: İşıqlar söndü, küçələrə yağış suyu doldu
Daşkəsən rayonunda yağan güclü yağışlar bir sıra fəsadlara səbəb olub.
"Report"un məlumatına görə, yağıntılı hava şəraiti bir müddət daha da şiddətli olub və leysan nəticəsində bəzi küçələrə yağış suları dolub.
Küləklə müşahidə olunan leysan səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinlik yaranıb.
Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində qısa fasilə olub.
Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti müşahidə olunur.
"Daşkəsən rayonu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər