Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qaxda qadın avtomobili ağaca çırpdı: İki aylıq körpə hadisə yerində öldü
Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə Qax-Qorağan avtomobil yolunda, Əmircan kəndi ərazisində baş verib.
Rayonun Turaclı kənd sakini 25 yaşlı Günay Hüseynova "Nissan" markalı avtomobilin idarəetməsini itirərərək yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan sürücünün baldızı, 2001-ci il təvəllüdlü Nuranə Elçin qızı Abbasova xəsarət alıb. Onun iki ay yarımlıq körpəsi isə aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Sürücü G. Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
- Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan şəxsə HÖKM OXUNDU
- Bakı Olimpiya Stadionuna avtomobillə daxil olmağa cəhd göstərən şəxs həbs edildi
Rəylər