Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan şəxsə HÖKM OXUNDU
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan Eldar Şahgəldiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edib.
O, təqsirləndirilən şəxsin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxs son sözlə çıxış edib. O, 67 yaşında olduğunu və müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini bildirərək hakimdən ən yüngül cəzanın verilməsini xahiş edib.
O, dəymiş ziyanın oğlu tərəfindən tam olaraq ödənildiyini bildirib.
Məhkəmənin hökmü ilə Eldar Şahgəldiyev 9 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E. Şahgəldiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tanınıb.
Xatırladaq ki, 2020-ci ildə əvvəllər məhkum olunmuş Eldar Şahgəldiyev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxta sənədlərlə maliyyə əməliyyatları aparan mütəşəkkil dəstənin üzvü kimi saxlanılıb.
O, daha əvvəl Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 6 il 3 ay müddətində azadlıqdan məhrum edilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- DİN rəsmisi: "Tikilən binalarda parklanma yerləri nəzərə alınmır"
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
Rəylər