Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Pirşağıda iki il əvvəl təmirə bağlanan dövlət bağçası niyə açılmır?
Təmir adı ilə bağlansa da, sonradan açılmayıb.
Xezerxeber.az-ın məlumatına görə, bina 1957-ci ildən bəri uşaq bağçası kimi fəaliyyət göstərib.
Ancaq 2022-ci ildən təmir işləri ilə əlaqədar olaraq bağçanın fəaliyyəti dayandırılıb. Ərazidə yaşayan sakinlər bildirirlər ki, azyaşlı uşaqlarını qoymağa bağça tapmadıqlarına görə əziyyət çəkirlər.
Bildirildi ki, əraziyə ən yaxın dövlət bağçası Pirşağıdadır. Məsafə də xeyli uzaqdadır.
Sakinlər bildirdilər ki, dəfələrlə aidiyyəti orqanlara müraciət ünvanlayıblar. Lakin heç bir nəticəsi olmayıb.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, Ötən əsrin ortalarında inşa edilmiş 283 nömrəli körpələr evi-uşaq bağçası binasının əsaslı təmirə ehtiyacı olduğu üçün fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Sözügedən körpələr evi-uşaq bağçasının əsaslı təmir olunmasının növbəti Dövlət Proqramlarında nəzərə alınması aidiyyəti qurumların diqqətindədir.
Ətraflı süjetdə:
Rəylər