Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ölkəyə qayıdan zəvvarlar Naxçıvanda ilişib qaldılar - AZAL əlavə üç reys təşkil etdi
Zəvvarların ölkəyə qayıtması ilə əlaqədar sərnişinlər Naxçıvan Beynəlxalq Hava Limanında problemlə üzləşiblər. Belə ki, onlar Bakıya gəlmək üçün bilet tapmaqda çətinlik çəkirlər.
"Gah yerdə, gah da bayırda yatırıq. Xəstə adamam, uşaqla burada qalmışıq. Bura həmişə belədir. Hər dəfə Naxçıvana gələndə hava limanında üç-dörd gün yatırıq", - deyə sərnişin narazılığını bildirib.
Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildirilib ki, Naxçıvan-Bakı marşrutu üzrə intensiv uçuş qrafikinə baxmayaraq, AZAL sərnişinlərin Naxçıvandan Bakıya çatdırılması üçün bütün lazımi tədbirləri görür:
"Aviaşirkət planlaşdırılan uçuş cədvəlindən kənar zəvvarların paytaxta gəlməsi üçün bu gün üç əlavə reys yerinə yetirəcək. Sabah da üç əlavə reys ayrılıb ki, bu da sərnişinlərin Bakıya çatdırılmasını sürətləndirməyə imkan verəcək".
Ətraflı Baku TV-nin süjetində:
"AZAL" teqi üzrə xəbərlər
- AZAL-dan Mərkəzi Asiya və Yaxın Şərq şəhərlərinə aviabiletlərə endirim kampaniyası
- AZAL və "Ethiopian Airlines" tərəfdaşlıq anlaşması imzalayıblar
- AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir
- AZAL "AerCap" şirkətindən altı yeni "A320neo" və "A321neo" təyyarəsini əməliyyat lizinqinə götürür
- AZAL Naxçıvana onlayn aviabilet alışında "SİMA İmza"nı tətbiq etdi
Rəylər