Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nura Surini təhqir edən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib
“Haqqımda yazılan xəbərlərin altında şərhlərdə təhqir, söyüş, şər və böhtan yazanların bir neçəsini şikayət etmişdim. Azərbaycan polisi sağ olsun şikayətimə baxıb, (həmin şəxsləri - red.) tapıblar. Üç gündür menecerimə zəng edir, ailəsi üzr istəyir, özü üzr istəyir ki, şikayətimi geri götürüm”.
Bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Haqqında təhqir dolu ifadələr yazanları hüquq-mühafizə orqanlarına şikayət edən sənətçi bildirib ki, onlardan biri ruhi-əsəb xəstəsi olduğu üçün dispanserə yerləşdirilib:
“Mənim heç kəslə şəxsi qərəzliyim yoxdur, onları da tanımıram. Haqqımda, övladlarım haqqında şər-böhtan yazanda düşünərdiniz. Polisə gedib ərizə, izahat yazmışam. Polis cinayətkar axtarmaqdan klaviatura arxasında oturub insanları söyən, şərləyənləri axtarıb.
Siz də gəlib üzr istəyəcəksiniz, bitəcək? Yox elə bir dünya. Bundan sonra haqqımda nəsə yazanda 10 dəfə düşünün. Birini də tutublar, dəli çıxıb, hamıya yazırmış. Çox adam şikayət edib. İndi də dəlixanadadır”.
"Nura Suri" teqi üzrə xəbərlər
- Nura Suridən mesaj: “Hədiyyəsiz təbrik etməsəniz, daha sanballı olarsınız”
- Sənət yoldaşlarından Aygün Bəylərlə bağlı paylaşım: “Vaxtsız ölüm xəbərlərindən usanmışam” - FOTO
- Geyiminə görə təhqir olunan Xalq artisti, döyülən aşıq, atmacalar: Şou-biznesin ötən ili - FOTO
- Səidə şou-biznes əhlinin toyuna yazdırdığı məbləği açıqladı
- Nura Suri Ulvira Qarayevaya əsəbiləşib canlı efiri tərk etdi - VİDEO
Rəylər