Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Niyaməddin Sadıqov: "Sonuncu danışığımız sentyabrın 19-u oldu, 20-si şəhidlik zirvəsinə ucaldı"
"Ceyhun 2020-ci il Vətən müharibəsindən 2023-cü il antiterror tədbirlərinə qədər Qarabağ ərazisində xidmət edib. Laçın, Kəlbəcər, Şuşa və son olaraq Xankəndidə döyüşüb".
Bu sözləri Oxu.Az-a açıqlamasında 2023-cü ilin 19-20 sentyabrında antiterror tədbirləri zamanı şəhid olan Ceyhun Sadıqovun atası Niyaməddin Sadıqov deyib.
Onun sözlərinə görə, Ceyhun əməliyyatdan bir neçə gün əvvəl ona zəng edib, mövcud vəziyyət haqqında məlumat verib:
"Sonuncu danışığımız sentyabrın 19-u oldu. Dedi ki, döyüşlərə qatılırıq, telefonu söndürəcəyəm ki, düşmən izləyə bilməsin. Sentyabrın 20-si şəhidlik zirvəsinə ucaldı. Ceyhunla bağlı çox xatirəm olsa da, haqqında danışmaq mənim üçün çox çətindir".
Mərahim Nəsib
"Antiterror tədbirləri" teqi üzrə xəbərlər
- Politoloq Əlimusa İbrahimov: "Kimsə yenidən Azərbaycanın gücünü sınamaq istəyirsə, biabır olacaq"
- Azərbaycan Prezidentindən Ermənistan və havadarlarına mühüm mesajlar: Qərbin oxları daşa dəyir
- "Caliber": İrəvan absurd ittihamdan əl çəkməlidir
- Türkiyədə üç şəhərin rəhbəri terror təşkilatları ilə əlaqələrinə görə həbs olundu
- ABŞ gülləni öz ayağına vurur - Vardanyan üçün piarın pərdəarxası
Rəylər