Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Naxçıvanda üç vəzifəli şəxs işdən çıxarıldı
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin üç şöbə müdiri vəzifələrindən azad olunub.
"Report"un məlumatına görə, bununla bağlı bölmənin sədri, akademik İsmayıl Hacıyev əmr imzalayıb.
Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinə seçkilərdə deputat seçilən filologiya elmləri doktoru Nuray Yadigar qızı Əliyeva, tarix üzrə fəlsəfə doktoru Asəf Yunis oğlu Orucov və tarix üzrə fəlsəfə doktoru Zeynəb Kərim qızı Quliyeva tutduqları vəzifədən azad ediliblər.
Həmçinin, AMEA Naxçıvan Bölməsinin Nəşriyyat bölməsinin müdiri Qafar Tahar oğlu Qənbərov da seçkilərdə deputat seçildiyi üçün tutduğu vəzifədən azad edilib.
"Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)" teqi üzrə xəbərlər
- Milli Məclis sədrinin müavini institutdakı vəzifəsini itirdi
- Ramiz Mehdiyevdən AMEA-dakı cinayət işi ilə bağlı AÇIQLAMA
- Ramiz Mehdiyevin dövründə AMEA-dakı qanunsuzluqlarla bağlı CİNAYƏT İŞİ AÇILDI
- AMEA prezidentinə yeni müşavirlər təyin olunub
- Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb
Rəylər