Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Motosikletimi apardılar, yerini demədilər" - ŞİKAYƏT
Bakıda yaşayan vətəndaş "Gənclik Mall" ticarət mərkəzinin qarşısında park etdiyi şəxsi motosikletinin yol polisi tərəfindən heç bir səbəb göstərilmədən cərimə meydançasına aparıldığını iddia edib.
Motosiklet sahibi Elxan İsmayılov Oxu.Az-a müraciətində qeyd edib ki, motosikletinin dövlət nömrə nişanı və sənədləri qaydasında olub və heç bir qayda pozuntusuna yol verməyib. Buna baxmayaraq, polis əməkdaşları motosikleti cərimə meydançasına apararkən nə bir izahat veriblər, nə də protokol tərtib ediblər.
Vətəndaş bildirib ki, hadisə yerində Təhlükəsiz Şəhər Xidmətinin kameraları var və görüntülərə baxmaqla məsələyə aydınlıq gətirmək mümkündür.
"Üç gündür ki, aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə, Daxili İşlər Nazirliyinin qaynar xəttinə və prokurorluğa müraciət etsəm də, hələlik heç bir nəticə yoxdur. Motosikletin yerini özüm çətinliklə tapmışam, yerini də deməyiblər. Motosikletim Badamdarda, Qurd qapısı tərəfdəki duracaqdadır", - deyə vətəndaş bildirib.
Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi
- Elektrikdoldurma məntəqələrində PARKİNQ HAQQI tələb olunur?
- Respublika Klinik Xəstəxanası "köçdü", xəstələr Bilgəh-Bakı yolunda qaldılar?
- Bakıda səkilərdə qurulan pullu parkinqlər yeni trendə çevrilir?
- Daşkəsəndə uşaq bağçasından ŞİKAYƏT - "Körpələr soyuqdan donurlar"
Rəylər