Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məhəllə adından şikayət edən abonentə "Azərişıq"dan CAVAB: "Özü etiraf etdi"
Abşeron rayonunun Qobu qəsəbəsində sakinlər elektrik enerjisinin mütəmadi verilməməsindən şikayətçidirlər.
Bununla bağlı Oxu.Az-a şikayət ünvanlanıb.
Qeyd olunub ki, elektrik enerjisinin müntəzəm verilməməsi vətəndaşlara problem yaradır.
"Qobu yolu, Koroğlu küçəsi, 8 ünvanında yaşayırıq. Sizə bütün məhəllə adından müraciət edirik. Bu ərazinin işığı yox vəziyyətdədir. Hansısa ucqar kəndimiz belə, bu vəziyyətdə deyil. Yayda da, qışda da eyni durumdayıq. Soyuq vaxtlarda sanki küçədə imişik kimi donuruq. Gün ərzində beş-altı saatdan çox işığımız yanmır. Mən özüm dörd ildir ki, bu məhəllədə yaşayıram və dörd ildir ki, qışda da, yayda da bu cür çətin vəziyyətlə üz-üzəyik", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, vətəndaşın şikayəti fərdi xarakter daşıyır.
"Həmin ərazidə heç bir işıq problemi yaşanmır, olmayıb da. Əməkdaşlarımız tərəfindən yerində araşdırma aparılıb, daha sonra şikayətçinin özü ilə də əlaqə saxlanılıb. Özü də etiraf etdi ki, yalnız onun sayğacında kart problemi olub, o da qısa müddətdə aradan qaldırılıb. O ki qaldı onun ümumi küçə və ərazi adından çıxış etməsinə, özü də etiraf etdi ki, yox, belə bir problem olmayıb. Yəni problem yalnız fərdi olub, sayğacın kartı ilə bağlı, o da qısa müddətdə həll olunub", - deyə açıqlamada vurğulanır.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi
- Elektrikdoldurma məntəqələrində PARKİNQ HAQQI tələb olunur?
- Respublika Klinik Xəstəxanası "köçdü", xəstələr Bilgəh-Bakı yolunda qaldılar?
- Bakıda səkilərdə qurulan pullu parkinqlər yeni trendə çevrilir?
- Daşkəsəndə uşaq bağçasından ŞİKAYƏT - "Körpələr soyuqdan donurlar"
Rəylər