Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Masallı sakini həmkəndlisini ov tüfəngi ilə qətlə yetirib
Masallıda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi kənd ərazisində yerləşən yeməkxanaların birində baş verib.
Belə ki, Rusiyada yaşayan və həmin ölkənin vətəndaşı olan Seymur Alişanov Vətənə qayıdıb. Aralarında yaranan mübahisəyə aydınlıq gətirmək üçün Aslan Ağazadə Seymurun olduğu yeməkxanaya gedib. O, özü ilə gətirdiyi ov tüfəngi ilə Seymura atəş açaraq onu qətlə yetirib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
23:41
Mayın 20-də saat 19 radələrində Masallı rayonu Yeddioymaq kəndi ərazisində 1971-ci il təvəllüdlü Seymur Alışanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Araşdırmalarla rayonun Qasımlı kənd sakini 1994-cü il təvəllüdlü Aslan Ağazadənin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla və bıçaqla xəsarətlər yetirərək həmkəndlisi Seymur Alışanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Aslan Ağazadə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
22:06
Masallıda qətl hadisəsi olub.
Oxu.Az xəbər verir ki, mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən həmkəndlisi, 1994-cü il təvəllüdlü Aslan Ağazadə saxlanılıb.
Hadisə şəxsi münaqişə zəminində baş verib. Araşdırma aparılır.
Almaz Qasımova
"DİN" teqi üzrə xəbərlər
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
- Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan şəxsə HÖKM OXUNDU
- Bakı Olimpiya Stadionuna avtomobillə daxil olmağa cəhd göstərən şəxs həbs edildi
Rəylər