Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Lerikdə su istehsalı müəssisəsində yoxlama aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lerik rayonu Monidigah kəndində fəaliyyət göstərən "Şəfa" MMC-yə məxsus su istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
Bu barədə AQTA-dan Oxu.Az-a bildirilib.
Yoxlama zamanı istehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal, saxlanc və digər proseslərin eyni sahədə həyata keçirildiyi, müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub.
Müəssisədə işçilərin tibbi müayinədən keçmədiyi, fərdi mühafizə vasitələrindən istifadə etmədiyi aşkar edilib. İstehsal olunan "Şəffaf su" məhsullarının etiketlənməsində isə qanunvericiliyin (hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməməli) tələblərinin pozulduğu məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib. İstehsal müəssisəsinin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- ÜHST: "Azərbaycanda yüksək patogen quş qripi xəstəliyi yoxdur"
- Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı - AQTA bağladı
- COP29 tədbirinin qida ilə təminatı üçün 56 obyekt fəaliyyət göstərir
- Qoşqar Təhməzli: "COP29-da qida təhlükəsizliyi məsələləri də müzakirə olunacaq"
Rəylər