Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Küçədə heyvana balta ilə işgəncə verən şəxs saxlanılıb
Heyvanla rəhmsiz davranan şəxsin əməlləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonunda əməli törədən 1982-ci il təvəllüdlü X.Muradov saxlanılaraq polis idarəsinə gətirilib.
Onun əməlinə hüquqi qiymət verilməsi üçün qanunvericiliyə uyğun tədbir görülür.
Naməlum şəxsin Biləcəri qəsəbəsində "DSK yolu" adlanan ərazidə iti balta ilə döyməsi ilə bağlı yeni iddialar yayılıb. Belə ki, həmin şəxsin övladını it dişlədiyi və nəticədə övladının dünyasını dəyişdiyi iddia edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə isə, bu iddialar həqiqəti əks etdirmir.
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "DSK yolu" adlanan ərazidə naməlum şəxsin iti balta ilə döyməsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov görüntülərdən məlumatlı olduğunu bildirib:
"Həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək".
Əzizə İsmayılova
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "DSK yolu" adlanan ərazidə naməlum şəxs balta ilə iti vəhşicəsinə döyüb.
Bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Belə ki, baltalı şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib:
"Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi".
Hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb.
Sözügedən görüntüləri təqdim edirik (əsəbləri zəif olanların baxması məsləhət deyil):
Rəylər