Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kənd məktəbində ilk dəfə günəş enerjisindən istifadə ediləcək
Goranboyun Eyvazlılar kənd orta məktəbində gələn tədris ilindən etibarən günəş enerjisindən istifadə ediləcək.
Xezerxeber.az-ın məlumatına görə, sözügedən tədris ocağında 80 ədəd günəş paneli quraşdırılıb.
Kənd məktəbində ilk dəfə reallaşan layihəni Elm və Təhsil Nazirliyi bp şirkəti birgə həyata keçirir.
Bununla məktəb həm enerji ilə, həm də istiliklə təmin ediləcək. İşlərin yaxın vaxtlarda tamamlanması planlaşdırılır.
Yaşıl dünya naminə həmrəylik ilində kənd məktəbində reallaşan bu layihə şagirdlərlə yanaşı, müəllimləri də sevindirir.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Eyvazlılar kənd ümumi orta məktəbində günəş enerjisindən 2024-2025-ci tədris ilindən etibarən istifadə ediləcək.
Ətraflı süjetdə:
"Yaşıl dünya naminə həmrəylik ili" teqi üzrə xəbərlər
- Bakıda yeni enerjidoldurma məntəqələri quraşdırılır
- Bəzi dövlət qurumlarının və şirkətlərin mətbuat katiblərinin "Neft Daşları"na səfəri təşkil olunub
- Ölkənin ən böyük gənclər festivalı "Yay Fest" başladı
- Elektrik Avtomobillərin Festivalı keçirildi
- Azərbaycanda ilk dəfə: Elektrik Avtomobillərin Festivalı keçiriləcək
Rəylər