Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İşıqforun qırmızı işığında keçən və "protiv" sürənlərin cərimələri artırılır
İşıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə cərimələr artırılır.
"Report"un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır" yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə ediləcək.
Hazırda bu cərimə 80 manatdır.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
"Yol hərəkət qaydalarının pozulmasına görə cərimələr" teqi üzrə xəbərlər
- Aeroport yolundakı COP29 zolağında hələ də CƏRİMƏ YAZILIR?
- Yeddi min manatlıq cəriməsi olan sürücü HƏBS EDİLDİ
- Maşının qiymətinə görə cərimə dəyişə bilər?
- Donosu ilə Almaniya tarixinə düşən 18 yaşlı gənc xəbərçiliyi sayəsində bir milyon avro qazanıb
- Babək prospektində sürücülər kütləvi şəkildə CƏRİMƏLƏNİRLƏR?
Rəylər