Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İki qurum arasında cərimə qalmaqalı: Gəncə şəhər MKTİB əmək və istirahət rejiminə əməl etmir?
Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) arasında qalmaqal yaranıb.
"Qaynarinfo"nun məlumatına görə, qalmaqala səbəb Dövlət Əmək Müfəttişliyi Xidmətinin MKTİB-i cərimələməsidir.
Xidmət MKTİB-ə İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə cərimə yazıb. Bu maddə normal əmək və istirahət rejiminə riayət edilməməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi 500 manatdan 1000 manatdək cərimə nəzərdə tutulur. MKTİB xidmətin qərarı ilə razılaşmayaraq məhkəməyə şikayət verib.
Şikayətə Gəncə Şəhər Məhkəməsində baxılacaq. Xəqani Tağıyev iş üzrə hakim təyin edilib. Qeyd edək ki, MKTİB Gəncə Şəhər İcra Hakimiyyətinə tabeli qurumdur.
"Dövlət Əmək Müfəttişliyi Xidməti" teqi üzrə xəbərlər
- Vətəndaşın əmək hüquqlarını pozdu: Şirkət 24 500 manat ziyana düşdü
- Bu il neçə əmək qanunvericiliyi tələblərinin pozulması faktı aşkarlanıb?
- Xidmət rəisi: "Bir ay müddətində 500 minə qədər əmək müqaviləsi elektron qaydada imzalanıb"
- Azərbaycanda mərkəz direktoru cərimələndi - Hansı qaydanı pozub?
- Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - SƏBƏB
Rəylər