Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
DSX-nin ildırım vurması nəticəsində həlak olan əsgərinin dəfn yeri məlum oldu
İldırım vurması nəticəsində həlak olan Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu - mayor Baxış Baxışlı və əsgər Əli Nağıyevin dəfn yeri müəyyənləşib.
"Qafqazinfo"nun məlumatına görə, mayor Baxış Baxışlı Tərtər rayonunda, əsgər Əli Nağıyev isə Gəncə şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olublar.
17:28
Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov "Qafqazinfo" məlumat verib.
Qeyd edilib ki, hərbi-hissə tərəfindən müvafiq arayış təqdim edildikdən sonra, xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək.
Xatırladaq ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.
İldırım vurması nəticəsində həlak olan hərbçimizlə bağlı yeni məlumat əldə olunub.
Bizim.Media xəbər verir ki, faciəli şəkildə həlak olan mayor Baxış Baxışlı nişanlı olubmuş.
Qeyd edək ki, hərbçimiz Tərtər rayonundan idi.
Məlumata görə, sözügedən hadisə xidmət vaxtı gecə saatlarında baş verib.
Xatırladaq ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.
Azərbaycanın iki hərbi qulluqçusu ildırım vurması nəticəsində həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.
Mayor Baxış Elşən oğlu Baxışlı
Əsgər Əli Elşən oğlu Nağıyev