Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hökməli-Qobu yolunda antisanitar vəziyyət aradan qaldırılıb
Abşeron rayonu, Hökməli-Qobu yolunda sakinlərin narahatlığına səbəb olan məsələyə aidiyyəti qurumlar tərəfindən dərhal müdaxilə olunub.
Oxu.Az-a verilən məlumata görə, polis və aidiyyəti dövlət qurumları tərəfindən sözügedən ərazidə antisanitar vəziyyət aradan qaldırılıb.
Abşeron rayonu, Hökməli-Qobu yolunda antisanitar vəziyyət hökm sürür.
Belə ki, ərazidə zibil qutuları olmadığı üçün burada yaşayan sakinlər zibilləri yol kənarına yığmağa məcbur olurlar.
Onların sözlərinə görə, küçələr nəzarətsiz qaldığı üçün vaxtında təmizlənmir. İsti havalarda ətrafı bürüyən kəskin qoxu isə birbaşa təhlükə mənbəyidir.
PhotoStock.Az-ın əməkdaşı sözügedən ərazidən fotoreportaj hazırlayıb.
Daha çox foto burada: PhotoStock.Az
Rəylər