Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gecə Bakıda baş verən zəncirvari qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ
Yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də avtomobillərin hərəkəti zamanı sürücülərin ara məsafəsinə düzgün əməl etməməsi və məcbur qalıb sərt tormozlamadan istifadə etməsidir. Növbəti belə bir qəza ötən gün axşam saatlarında Heydər Əliyev prospektində baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
"Sürücülərimizin diqqətinə çatdırmaq istəyirik ki, bu qaydalara əməl etməmək bəzən ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə və yollarda sıxlıqların yaranmasına gətirib çıxarır.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bütün sürücülərə "Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsinə nəzər salmağı tövsiyə edirik.
"Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyat vasitəsini sərt tormozlamaq qadağandır", - qurumdan bildirilib.
"Anbaan video" teqi üzrə xəbərlər
- Yolayrıcına girən sürücü əvvəlcə mopedə, sonra "Mercedes"ə çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR
- Braziliyada yanacaqdaşıyan maşının dəhşətli partlayışının ANBAAN görüntüləri
- Türkiyədə sürücü maşının güzgüsünü sındıran motosikletçini güllələmək istədi: ANBAAN görüntülər
- Əks yola çıxaraq təhlükə saçan sürücü ilə bağlı araşdırmalara başlanıldı
- Ani məsuliyyətsizlik ölümlə nəticələnir: Piyadavurmalarla bağlı dəhşətli kadrlar