Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Əks yola çıxaraq təhlükə saçan sürücü ilə bağlı araşdırmalara başlanıldı
Göyçaydan Ağsu istiqamətinə gedən yolda sürücünün avtomobili təhlükəli idarə etməsi ilə bağlı yayılan görüntülər araşdırılır.
Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, faktla bağlı qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq.
Göyçaydan Ağsu istiqamətinə gedən yolda avtomobili yüksək sürətlə idarə edən sürücü təhlükəli vəziyyət yaradıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Hadisə şahidi bildirib ki, "Hyundai" markalı 77-CN-567 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qarşısında gedən bir neçə avtomobili eyni anda ötmək üçün yüksək sürətlə qarşıdan gələn avtomobillərin yoluna çıxıb.
Hər iki tərəf son anda faciədən yan keçə bilib.
Videonu təqdim edirik:
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Lənkəranda avtomobillər toqquşdu: Xəsarət alanlar var
- Bakıda taksi sürücüsünün səhvi türkiyəli gəncin həyatına son qoydu - ANBAAN VİDEO
- Sumqayıtda qəza: Xəsarət alan piyadaların son durumu AÇIQLANDI
- Braziliyada sərnişin avtobusu dağ yolundan aşdı: 17 ölü, xeyli yaralı var
- Bakıda ağır qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI