Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Vətən müharibəsi şəhidlərinin xatirəsi bölgələrdə anılıb
Ölkənin Mərkəzi Aran rayonlarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir, Ağsu, Göyçay və Ağdaş rayonlarında təşkil olunan tədbirlərdə rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, təşkilat və müəssisələrdə çalışanlar, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər çərçivəsində adları çəkilən rayonlarda Şəhidlər xiyaban ziyarət olunub, şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların ruhuna dualar oxuyublar. Həmçinin Anım Günü ilə bağlı ağacəkmə aksiyaları keçirilib.
Eyni zamanda, qeyd olunan rayonlarda saat 12:00-da Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkənin şimal zonasındakı rayonlarda 27 Sentyabr - Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb.
"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında təşkil olunan anım tədbirlərində rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Anım Günü ilə əlaqədar qeyd olunan rayonlarda saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
27 Sentyabr Anım Günü cənub bölgəsinə daxil olan rayonlarda da ehtiramla qeyd olunub.
"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarında baş tutan Anım Günü tədbirlərində rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-təşkilat və müəssisələrdə çalışanlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid ailələrinin üzvləri və qazilər şəhidlərin xatirəsini yad etmək üçün səhər saatlarında rayon mərkəzlərindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhlarına dualar oxunub, onların xatirəsinə dərin ehtiram ifadə olunub.
Eyni zamanda, müxtəlif ərazilərdə yerləşən şəhid məzarları da ziyarət edilib, qarşısına gül-çiçək dəstələri qoyulub. Anım Günündə Masallı rayonunda Viləş çayının şəhər ərazisindən keçən sahil boyunca ağacəkmə aksiyası keçirilib.
Bütün ölkə ərazisində olduğu kimi, cənub zonasındakı rayonlarda da saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xocalı rayonunda yerləşən şəhid məzarlığında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də bu ərazilərdə fəaliyyət göstərən digər dövlət qurumlarının rəhbər işçiləri, müəllim, tələbə və şagirdlər iştirak edib və ehtiram əlaməti olaraq şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi, ölkəmizin bütün bölgələrində olduğu kimi, işğaldan azad edilmiş Şuşa şəhərində də ehtiramla yad olunub. Anım tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəblilər, doğma yurdlarına qayıtmış Şuşa sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları Şuşa şəhərindəki Şəhidlər xiyabanında xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Şəhidlərin xatirəsi yad olunub, ruhlarına dualar oxunub. Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Ölkəmizin bütün ərazisində olduğu kimi, Şuşa şəhərində də saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub.
"Report"un yerli bürosunun məlumatına görə, 27 sentyabr - Anım Günü ilə bağlı Sumqayıt Şəhidlər xiyabanında keçirilən tədbirdə şəhər rəhbərliyi, deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.
27 sentyabr - Anım Günü ilə bağlı Sumqayıt şəhərində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasim iştirakçıları öncə Qalib əsgər abidəsi önünə əklil və gül dəstələri qoyublar, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda həlak olan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Muğan zonası rayonlarında 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilir.
"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad, Biləsuvar və İmişli rayonlarında yerli rəhbərlik, idarə və müəssisə əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
Baş tutan ziyarətlər zamanı şəhid məzarlarının önünə gül dəstələri qoyulur, dualar oxunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların ruhu minnətdarlıqla anılır.
Qeyd olunan rayonlarda saat 12:00-da Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
27 Sentyabr - Anım Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında (MR) silsilə tədbirlər keçirilir.
"Report"un yerli bürosunun məlumatına görə, sentyabrın 27-də muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarında çalışanlar, ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edirlər.
Naxçıvan şəhərində və muxtar respublikanın digər yaşayış məntəqələrində baş tutan ziyarətlər zamanı məzarların önünə gül dəstələri qoyulur, dualar oxunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu minnətdarlıqla anılır.
27 sentyabr - Anım Günündə Füzuli rayonunda geniş tədbir keçirilib.
"Report"un məlumatına görə, Anım Günü Füzuli şəhərində 44 günlük Vətən müharibəsinə həsr olunan abidənin ziyarəti ilə başlayıb.
Tədbirdə Prezidentin Ağdam-Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa-Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Füzuli şəhərində məskunlaşan sakinlər, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları iştirak ediblər.
"27 Sentyabr - Anım Günü" teqi üzrə xəbərlər
- 44 günlük Vətən müharibəsində Zəfərin dördüncü ili dörd sözlə: Qarabağ Azərbaycandır və NİDA
- Deputat: "Şanlı Ordumuz millətimizi gələcək nəsillərin qınağından hifz etdi"
- Bu xəbərləri qaçırmayın: 27.09.2024-ün ən mühüm hadisələri
- Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
- Doğma yurdlarına qayıdan füzulililər şəhidləri anıblar
Rəylər