Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Füzuli Mərkəzi Parkının tikintisinə başlanılacaq
Bu yaxınlarda Qarabağ Dirçəliş Fondu tərəfindən Füzuli Mərkəzi Parkında tikinti işlərinə başlanılacaq. Eyni zamanda, Mədəniyyət Nazirliyi tərəfindən Füzuli Memorial Parkı, İşğal və Zəfər muzeyləri üçün dövlət satınalma prosedurlarına start veriləcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli Şəhəri Günündə iştirak edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Füzuli rayonunda aparılan tikinti-quruculuq işlərindən danışan E.Hüseynov, həmçinin bildirib ki, paralel olaraq, Dövlətyarlı kəndinin, yəni ikinci "ağıllı kənd"in də inşasına start veriləcək. Pirəhmədli kəndində isə torpaq işləri artıq yekunlaşıb.
"Füzuli" teqi üzrə xəbərlər
- Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyən edilib
- Xankəndi və Füzuli şəhərlərinə onlayn sifarişlərin çatdırılmasına başlanılıb
- Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olundu
- Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəlib
- Füzulidə avtomobil piyadanı vuraraq öldürüb
Rəylər