Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fuad Hüseynov: "Cəbrayılda 712 mənzillik yaşayış kompleksi öz sakinlərini qəbul etməyə hazırdır"
"Cəbrayıl şəhərində 33 bina, 6 məhəllə, 712 mənzillik yaşayış kompleksi artıq öz sakinlərini qəbul etməyə hazırdır".
Bunu Oxu.Az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
O bildirib ki, Cəbrayıl şəhəri artıq köç prosesi reallaşan 9-cu təyinat ünvanıdır:
"Bu gün "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində 9-cu təyinat ünvanı olan Cəbrayıl şəhərinə köç reallaşır. İlkin mərhələdə 36 ailə, 117 nəfər öz doğma yurduna - Cəbrayıla yola salınıb. 4 Oktyabr - Cəbrayıl Şəhəri Gününü artıq sakinlər öz doğma yurdlarında qeyd edəcəklər".
Qeyd edək ki, mənzillərdən səkkizi birotaqlı, 136-sı ikiotaqlı, səkkizi iki-üç otaqdan ibarət studiya tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır.
Rövşən Əsədov
"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi" teqi üzrə xəbərlər
- Qarabağın baş tacında fləş-mob: Uşaqlar Şuşanı "canlandırdılar"
- Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…"
- Suqovuşanda minaya düşən şəxs: "Harada ki bayraqlar asılıb, xətt çəkilib, oraya qəti girməyin"
- Gənc məşqçi: "Laçında futbolu inkişaf etdirəcəyik"
- Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək