Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əfsanəvi “Bakı Payızı” müsabiqəsi 35 ildən sonra yenidən keçirilir - FOTO
Azərbaycanda 35 il sonra yenidən “Bakı Payızı” istedadlar müsabiqəsi keçirilir.
Oxu.Az xəbər verir ki, bu gün (iyunun 28-də) Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Bakı Payızı” istedadlar müsabiqəsinin ilk turudur.
Ümumi olaraq 13 qrup iştirak edirlər. Bakı Payızı” istedadlar müsabiqəsinin münsiflər kürsüsündə Xalq artisti Aygün Kazımova, Azərbaycan musiqiçisi, qarmon ifaçısı, Xalq artisti Ənvər Sadıqov, Xalq artisti Zülfiyyə Xanbabayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqi sənəti” fakültəsinin “Estrada və populyar musiqi” kafedrasının müdiri Məryəm Babayeva, müğənni İlqar Xəyal, Əməkdar artist Emil Əfrasiyab və Xalq artisti Mübariz Tağıyev əyləşib.
İstedadlı vokal ifaçıları öz istedadlarını göstərmək üçün rəngarəng musiqi nömrələri ilə münsiflər qarşısında əllərindən gələni edir, müsabiqəyə böyük maraq və həvəs nümayiş etdirirlər.
Qeyd edək ki, Konsertlər Bakı Musiqi Akademiyasının Opera Studiyasında 28, 29, 30 iyun və 1 iyul tarixlərinə qədər davam edəcək. Müsabiqənin 1 və 2-ci turlarının qalibləri müəyyənləşəcək və elan olunacaq. Qaliblər oktyabrın 2-də keçiriləcək “Bakı Payızı” adlı konsertdə elan olunacaq. Musiqi və bədii təəssüratların yaradılması, bu əsasda musiqi mədəniyyətinin, üslub, ritm və ansambl hisslərinin inkişafı builki payızın əsas tədbirinə - “Bakı Payızı 2023 - 35 il sonra” istedadlar müsabiqəsinə peşəkar hazırlığın mühüm tərkib hissəsi olacaq.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər