Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dövlət Gömrük Komitəsindən ƏMƏLİYYAT - Həbs olunanlar var
Azərbaycanda ölkənin aksiz markası ilə markalanmayan 267 806 manat dəyərində olan külli miqdarda tütün məmulatlarını qanunsuz realizə edən üç şəxsə qarşı həbs qətimkan tədbiri seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Pirallahı rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Ford" markalı nəqliyyat vasitəsindən və digər saxlanc yerlərində gizlədilmiş Azərbaycanın aksiz markası ilə markalanmayan külli miqdarda, 267 806 manat dəyərində 837 600 ədəd müxtəlif növ tütün məmulatları aşkar edilib.
Faktla bağlı DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rəylər