Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputat: "İndiki minimum əməkhaqqını məqbul hesab etmirəm"
"Son 10 ilin göstəricilərindən çıxış etsək, Azərbaycanda minimum əməkhaqqı 24 faizdən 35 faizə qədər artıb. Bunu məqbul rəqəm hesab etmirəm".
"Qafqazinfo" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcədə dəyişikliyin müzakirəsi zamanı deyib.
"Bizim qoşulduğumuz beynəlxalq xartiyalar, həm də Azərbaycan hökuməti hədəf kimi göstərib ki, minimum əməkhaqqı orta əməkhaqqının 60 faizinə çatsın. Belə misalla götürəndə bizdə orta aylıq əməkhaqqı 985 manatdırsa, o indiki kimi 345 manat deyil, 60 faiz götürəndə 594 manat olması istiqamətində addımlar atılmalıdır", - deputat deyib.
Ə.Məsimli qeyd edib ki, iqtisadi azadlıqları genişləndirmək, açılımlara getmək lazımdır:
"Yerlərdə istehsalın genişləndirilməsinə mane olan bütün maneələri aradan qaldırmaq lazımdır".
"Deputat" teqi üzrə xəbərlər
- Heydər Əsədov seçicilərin bir sıra problemlərini həll etdi
- Deputat seçilən gənc vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
- Deputat: "Şanlı Ordumuz millətimizi gələcək nəsillərin qınağından hifz etdi"
- Naxçıvanda altı vəzifəli şəxs işdən çıxarıldı - SƏBƏB
- Xalq artisti bədbəxt hadisə nəticəsində xəsarət aldı