Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakının mərkəzində qadın yeraltı keçiddə yaşayır
Bakıda kimsəsiz qadın küçədə yaşayır.
Bununla bağlı Oxu.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, kimsəsiz qadın "28 May" metrostansiyasının qarşısında yerləşən yeraltı keçiddə yaşayır.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov Oxu.Az-a açıqlamasında bildirib ki, qurumun əməkdaşları əraziyə baxış keçirəcəklər.
"Sözügedən şəxsin sosial xidmətlərə ehtiyacının qiymətləndirilməsini aparacaqlar", - deyə M.Həşimov bildirib.
Əzizə İsmayılova
"Küçədə yaşayan sakin" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər