Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"BakıKart" tətbiqindəki pullar geri qaytarılacaq? - RƏSMİ CAVAB
Artıq bir aydan çoxdur ki, "BakıKart"ın mobil tətbiqində yaranan nasazlıq aradan qaldırılmayıb. Vətəndaşlar hesablarında olan pulların silinməsi ilə bağlı narahatlıq keçirirlər.
Baku.ws bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanlayıb.
Qurumun mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, nasazlığın aradan qaldırılması ilə bağlı proses davam edir:
"BakıKart" tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik.
Qeyd edək ki, vətəndaşların hesabları və oradakı vəsait silinməyib. Tətbiq işə salındıqdan sonra hesablara yatırılan vəsaitdən istifadə etmək mümkün olacaq".
"BakıKart" teqi üzrə xəbərlər
- "4 AZN ödəyərək 6 ay pulsuz istifadə" - "BakıKart" adı altında SAXTA SƏHİFƏLƏR AÇILIB
- Nazir müavini: "BakıKart" proqramı yaxın günlərdə istifadəyə veriləcək"
- "BakıKart" hesablarındakı pulların aqibəti necə olacaq?
- "m10"un "BakıKart" bölməsində yaranan problem aradan qaldırılıb?
- Sakinlər "BakıKart" balansını artırmaq üçün ödəmə terminalının olmamasından ŞİKAYƏTÇİDİR
Rəylər