Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"m10"un "BakıKart" bölməsində yaranan problem aradan qaldırılıb?
"m10" elektron pulqabının "BakıKart bileti" bölməsindəki problem aradan qaldırılıb. Vətəndaşlar rahatlıqla tətbiqdən istifadə edə bilərlər".
Bunu Oxu.Az-a açıqlamasında elektron pulqabının məxsus olduğu "PashaPay" şirkətinin PR meneceri Aygün Əliyeva bildirib.
"m10" elektron pulqabının "BakıKart bileti" bölməsində problem yaranıb. Bu barədə redaksiyamıza vətəndaşlar müraciət ediblər. Onlar tətbiq üzərindən bilet almaqda çətinlik yaşadıqlarını bildiriblər.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, pulqabının məxsus olduğu "PashaPay" şirkətinin PR meneceri Aygün Əliyeva bildirib ki, sözügedən müvəqqəti çətinlik mövcuddur və həlli istiqamətində addım atılır:
"Təkmilləşdirmə işləri aparılır, çox tezliklə çətinlik aradan qaldırılacaq. Ümumən az insanda bu problem müşahidə edilib".
Məhərrəm Əliyev
"BakıKart" teqi üzrə xəbərlər
- "4 AZN ödəyərək 6 ay pulsuz istifadə" - "BakıKart" adı altında SAXTA SƏHİFƏLƏR AÇILIB
- Nazir müavini: "BakıKart" proqramı yaxın günlərdə istifadəyə veriləcək"
- "BakıKart" hesablarındakı pulların aqibəti necə olacaq?
- Sakinlər "BakıKart" balansını artırmaq üçün ödəmə terminalının olmamasından ŞİKAYƏTÇİDİR
- "Bakıkart" tətbiqi nə zaman işləyəcək?
Rəylər