Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Bakıkart" tətbiqi işləmir, amma balansdan pul çıxır - ŞİKAYƏT
"BakıKart" tətbiqi bir aydan çoxdur ki, çöküb. "BirBank" tətbiqindən QR-kod vasitəsilə ödəmə zamanı da nə qədər cəhd etdirsən, aktivləşmir, 2-3 saatdan sonra isə görürsən ki, bütün cəhdlərinin pulu kartdan çıxıb, baxmayaraq ki, istifadə edə bilməmisən".
Oxu.Az xəbər verir ki, belə bir problem sosial şəbəkədə müzakirə mövzusu olub.
Məsələ ilə bağlı "Kapital Bank" ASC-yə sorğu ünvanladıq.
Bankın İctimaiyyətlə əlaqələr üzrə proses sahibi Arzu Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, "BakıKart"ın mobil tətbiqində yaranan narahatlığa baxmayaraq, "Birbank" mobil tətbiqində QR-bilet yaratmaq mümkündür.
"Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Bunun üçün "Birbank" mobil tətbiqində QR-bilet yaratmaq kifəyətdir. Bilet yaradıldığı andan etibarən 30 dəqiqə ərzində istifadə edilə bilər. İstifadə edilməyən biletlərə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qayıdır.
QR-bilet yaratmaq imkanı "BakıKart" tərəfindən təqdim edilən API vasitəsi ilə həyata keçirilir. Sistemdə yaranan problemlə əlaqədar olaraq 31 avqust tarixində müştərinin balansından silinmə baş versə də, biletdən istifadə etmək mümkün olmayıb.
Qısa zamanda "BakıKart" tərəfindən sistemdə yaranan texniki xəta həll edilib və hazırda ödəniş, eləcə də biletdən istifadə uğurla həyata keçirilir. İstifadə edilməyən biletə görə ödənilən məbləğ 3-30 gün ərzində müştərinin hesabına geri qaytarılacaq", - deyə açıqlamada vurğulanır.
Əzizə İsmayılova
"BakıKart" teqi üzrə xəbərlər
- "4 AZN ödəyərək 6 ay pulsuz istifadə" - "BakıKart" adı altında SAXTA SƏHİFƏLƏR AÇILIB
- Nazir müavini: "BakıKart" proqramı yaxın günlərdə istifadəyə veriləcək"
- "BakıKart" hesablarındakı pulların aqibəti necə olacaq?
- "m10"un "BakıKart" bölməsində yaranan problem aradan qaldırılıb?
- Sakinlər "BakıKart" balansını artırmaq üçün ödəmə terminalının olmamasından ŞİKAYƏTÇİDİR
Rəylər