Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda yeni ərazidə söküntü işlərinə başlanılıb
Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində (Bakı Şəhər Baş Polis İdarəsinin yanı) sakinlər və obyekt sahiblərinin bir qismi ilə müvafiq məbləğdə kompensasiya barədə razılıq əldə olunub və bu gündən söküntü işlərinə başlanılıb.
APA-nın xəbərinə görə, hazırda digər sakinlərlə və obyekt sahibləri ilə danışıqlar aparılır.
Ərazidə söküntü işləri başa çatdıqdan sonra park salınacaq. Bu, Sevgi parkının davamı olacaq.
Qeyd edək ki, bundan öncə Sevgi parkı ilə bağlı yaxınlıqda sökülən digər evlərə görə hər bir kvadratmetri üçün 2500 manat, obyektlərin hər bir kvadratmetri üçün 3000 manat kompensasiya verilib.
Rəylər