Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda taksi sürücüsünə saxta pul verilib? - Polis hərəkətə keçdi
Bakıda şəxsin taksi sürücüsünə saxta əsginas verməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-a bildirib ki, sözügedən görüntülər araşdırılıb.
Xidmət əməkdaşı bildirib ki, avqustun 15-də paytaxtın Nizami rayonu ərazisində bir nəfərin taksi sürücülərinə saxta pul verməsi ilə bağlı polisə məlumat daxil olub:
"Polis əməkdaşları tərəfindən şübhəli şəxs E.Eynullayev müəyyən olunaraq ərazi üzrə polis orqanına gətirilib. Şəxsi axtarış zamanı onda saxta pul əsginasları aşkar edilməyib.
Araşdırmalarla həmin şəxsin mülki öhdəlikdən yayındığına görə axtarışda olması müəyyən edildiyindən aidiyyəti üzrə təhvil verilib.
Onun əməllərindən zərərçəkmiş digər şəxslərin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir".
Bakıda saxta pulla taksi sürücülərini aldadan şəxs peyda olub.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hətta həmin şəxs 20 manat məbləğində saxta əsginasa görə döyülüb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, kadrlar araşdırılır.
Nəticəsi barədə əlavə məlumat veriləcək.
Həmin görüntüləri təqdim edirik:
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
- Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan şəxsə HÖKM OXUNDU
- Bakı Olimpiya Stadionuna avtomobillə daxil olmağa cəhd göstərən şəxs həbs edildi
Rəylər