Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda qəzalı binada yaşayan sakinlər təhlükə ilə üz-üzədirlər
Səbayıl rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov, 3 ünvanında yerləşən yataqxana binası qəzalı vəziyyətdədir.
Sakinlər "Xəzər Xəbər"ə müraciət edərək, vəziyyətin çox pis olduğunu bildiriblər. Bina əvvəllər gəmi təmiri zavodunun yataqxanası olub və bu zavodda çalışanlara verilib. Hazırda isə bina bərbad vəziyyətdədir.
Sakinlər problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, vəziyyət dəyişməz olaraq qalır.
Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, yataqxana Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq rəyinə əsasən, qəzalı vəziyyətdədir. Məsələ ilə əlaqədar aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.
Ətraflı süjetdə:
"qəzalı bina" teqi üzrə xəbərlər
- Eldar Əzizov: "Bakıda qəzalı vəziyyətdə olan 1100 bina var"
- Bakıda təhlükə mənbəyi olan bağça
- Plana düşən evə verilən ödənişlə razılaşmayan sakin məhkəmə qərarı ilə mənzildən ÇIXARILA BİLƏR?
- Sabunçuda hər anı təhlükə olan binada ailələr qorxaraq yaşayırlar: "Divarları çürüyüb"
- Xırdalanda yaşayış binasının pilləkəni çökdü: Qurum araşdırmalara başladı
Rəylər